Mail for Exchange
Siz kompüteriniz arxasında oturuub və ya telefonunuzla gəzəndə əldə sizin iş poçtunuza, əlaqələrinizə
və təqviminizə malik olmağı istəyərdiniz? Siz telefonunuz və Microsoft Exchange serveri aralarında
vacib məzmunu sinxronlaşdıra bilərsiniz.
Yalnız əgər sizin şirkətiniz Microsoft Mübadilə serverinə malikdirsə Mail for Exchange qurula bilər.
Bundan əlavə, sizin şirkətin IT administratoru sizin hesabınız üçün Microsoft Exchange ActiveSync-i
aktivləşdirməlidir.
Quraşdırmanı başlamadan əvvəl əmin olun ki, siz aşağıdakılara maliksiniz:
• Korporativ e-poçt ünvanı
• Sizin Exchange server adınız (sizin şirkət IT şöbənizə müraciət edin)
• Sizin şəbəkə domeyn adınız (sizin şirkət IT şöbənizə müraciət edin)
• Sizin ofis şəbəkənizin parolu
Exchange server konfiqurasiyasından asılı olaraq, sizdən quraşdırılma zamanı əlavə informasiya
yığmaq lazım ola bilər. Əgər düzgün məlumatı bilmirsinizsə sizin şirkət IT şöbənizə müraciət edin.
Quraşdırılma ərzində, telefonun, poçtunuzu serverlə hansı müddətdən bir sinxronlaşdırmasını təyin
edə bilərsiniz.Hesab sinxronlaşdırılması quraşdırılanda yalnız məzmun müəyyən edilir. Əlavə
məzmunu sinxronlaşdırmaq üçün, Mail for Exchange hesab parametrlərini dəyişdirin.
Mail for Exchange ilə kilid kodundan istifadə etmək üçün məcburi ola bilər.
Bu cihaz Microsoft Exchange ActiveSync aktivləşdirilmiş serverlər ilə əlaqə yaratmaq imkanına
malikdir. Bu cihazın sizə təmin edilməsi cihazdan istifadə edilərək daxil olunmuş hər hansı server
proqramı və ya server cihazına və ya cihazdan kənar Microsoft Exchange ActiveSync-dan istifadəyə
dair sizə hər hansı Microsoft əqli mülkiyyət hüquqlar vermir və siz hər hansı belə hüquqları
qazanmırsınız.