SIM kartı və batareyanı daxil edilməsi
SIM kartı və batareyanı daxil etəməyi öyrənin.
Batareyanın altında olan SIM1 saxlayıcısı 3G və 2G SIM kartları üçün istifadə edilə bilər.
1. Saxlayıcı düyməsini basın və arxa qapağı qaldırıb çıxardın.
Qeyd: Qapaqları çıxarmazdan əvvəl cihazı söndürün və adapteri və hər hansı digər cihazı elektrik
enerjisindən ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın. Cihazı həmişə
verilən qapaqla saxlayın və istifadə edin.
2
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
5
2. Əgər batareya telefonun daxilindədirsə, onu qaldırıb çıxardın.
3. SIM1 saxlayıcısının qapağını qaldırın və SIM kartı kontakt səthi așağı vəziyyətdə daxil edin.
Mühüm: Cihazınız yalnız mikro-SIM kartından (həmçinin mini-UICC SIM kartı kimi də tanınır)
istifadə edir. Uyğun olmayan SIM kartlardan və ya SIM kart adapterlərindən istifadə karta və ya
cihaza zərər vura bilər və kartda saxlanmış məlumatları korlaya bilər.
4. Batareya kontaktlarını tapın və batareyanı içəri qoyun.
5. Arxa qapağı yerini tutana qədər așağı basın. Telefonunuzu yandırmaq üçün telefon titrəyənə kimi
enerji düyməsini
basıb saxlayın.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
6