Yaddaş kartının daxiledilməsi
Telefonunuza yaddaş kartını daxil etməyi öyrənmək üçün bunu uxuyun.
Yalnız təsdiqlənmiş və bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan
yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan
məlumat pozula bilər.
1. Saxlayıcı düyməsini basın və arxa qapağı qaldırıb çıxardın.
Qeyd: Qapaqları çıxarmazdan əvvəl cihazı söndürün və adapteri və hər hansı digər cihazı elektrik
enerjisindən ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın. Cihazı həmişə
verilən qapaqla saxlayın və istifadə edin.
2. Kartı kontakt səthi aşağı olaraq yaddaş kart slotuna itələyin və yerinə düşənə qədər basın.
3. Yaddaş kartını çıxartmaq üçün boşalana kimi ona basın.
Mühüm: Proqram yaddaş kartından istifadə edərkən onu çıxarmayın. Bunun edilməsi yaddaş
kartını və cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.