Cihazınızı qoruyun
Cihazınızla, batareya, adapter və aksesuarlarla ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər cihazınızın işlək qalmasına yardım
edəcək.
•
Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində elektron sxemlərin korroziyasına səbəb
olan minerallar ola bilər. Cihaz islanıbsa, batareyanı çıxarmaq və cihazın qurumasını gözləmək lazımdır.
•
Cihazı tozlu və ya çirkli yerlərdə istifadə etməyin və ya saxlamayın.
•
Cihazı yüksək temperaturda saxlamayın. Yüksək temperatur cihaza və ya batareyaya zərər vura bilər.
•
Cihazı soyuq temperaturda saxlamayın. Cihaz isinərək normal temperatura qayıtdıqda cihazın içində nəmlik yarana bilər və
bu onu zədələyə bilər.
•
Cihazı yalnız bu istifadəçi təlimatında göstərilmiş qaydada açın.
•
İcazəsiz modifikasiyalar cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola
bilər.
•
Cihazı və ya batareyanı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud davranış onun sınmasına səbəb ola bilər.
•
Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.
•
Cihazı rəngləməyin. Rəng müvafiq əməliyyatlara mane ola bilər.
•
Optimal fəaliyyət üçün cihazı vaxtaşırı söndürün və batareyanı çıxarın.
•
Cihazınızı maqnit və ya maqnit sahələrindən uzaq saxlayın.
•
Vacib məlumatlarınızın təhlükəsizliyi üçün onları ən azı iki ayrı yerdə saxlayın, məsələn, cihazınızda, yaddaş kartında və ya
kompüterdə və ya vacib məlumatı yazın.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
26
Təkrar emal
İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın.
Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Cihazın
bütün hissələri material və enerji kimi bərpa edilə bilər. Məhsullarınızı necə təkrar emal etdirməklə bağlı www.nokia.com/
recycle veb-səhifəsinə daxil olun.
X işarəli çarxlı qutu işarəsi
Məhsulunuzun, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xatırladır ki, bütün elektrik və
elektronik məhsullar və batareyalar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu məhsulları çeşidləndirilməmiş
bələdiyyə tullantılarına atmayın: onlar təkrar emal üçün götürün. Ən yaxın təkrar emal məntəqəsi üçün yerli tullantıların idarə
edilməsi üzrə qurumla əlaqə saxlayın və ya www.nokia.com/support ünvanına daxil olun. Cihazınızın ətraf mühitə təsiri ilə bağlı
daha ətraflı məlumat üçün www.nokia.com/ecoprofile ünvanına baxın.