Təcili yardım zəngləri
1. Cihazın işlək vəziyyətdə olmasını təmin edin.
2. Müvafiq siqnal intensivliyini yoxlayın.
Siz həmçinin aşağıdakıları etməli ola bilərsiniz:
•
Cihazınız dəstəkləyirsə, SIM kartı cihaza daxil edin.
•
Cihazınızda zənglərin qadağan edilməsi, müəyyən nömrələrin yığılması və ya bağlı istifadəçi qrupu kimi zəng
məhdudiyyətlərini ləğv edin.
•
Uçuş profilinin aktiv olmadığından əmin olun.
•
Cihazın düymələri kilidlənibsə, kilidini açın.
3. Əsas ekran görünənə kimi davamlı olaraq bitirmə düyməsini basın.
4. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
5. Zəng düyməsini basın.
6. Tələb olunan məlumatı mümkün qədər dəqiq verin. İcazə verilənədək zəngi bitirməyin.
Cihazınızı ilk dəfə yandırdığınızda, sizdən Nokia hesabınızı yaratmanız xahiş ediləcək. Hesab quraşdırılması zamanı təcili yardım
zəngi etmək üçün zəng düyməsini basın.
Mühüm: Telefonunuz internet zənglərini dəstəkləyirsə, həm mobil zəngləri, həm də internet zənglərini aktivləşdirin.
Telefon həm mobil şəbəkə, həm də internet zəng xidməti provayderiniz ilə təcili zəng etməyə çalışa bilər. Hər şəraitdə
bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız simsiz telefona etibar etməyin.