Nokia 208 - Təhlükəsizliyiniz üçün

background image

Təhlükəsizliyiniz üçün

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər.

Daha ətraflı məlumat üçün istifadəçinin təlimatının tam mətnini oxuyun.

QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN
Simsiz telefonların istifadəsinə icazə verilmədiyi hallarda və ya bunun nəticəsində maneə və ya

təhlükə törədilə bilərsə, məsələn, təyyarədə, xəstəxanada və ya tibbi cihazların, yanacağın,

kimyəvi maddələrin və ya partlayıcıların yaxınlığında telefonu söndürün. Məhdud ərazilərə dair bütün

təlimatlara əməl edin.

YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR
Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın.

Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.

MÜDAXİLƏ
Bütün simsiz cihazlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə

bilər.

KEYFİYYƏTLİ XİDMƏT
Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdıra və ya təmir edə bilər.

BATAREYALAR, ADAPTERLƏR VƏ DİGƏR AKSESSUARLAR
Bu cihaz üçün yalnız Microsoft Mobile tərəfindən təsdiq edilmiş batareyalar, adapterlər və digər

aksessuarlardan istifadə edin. Uyğun olmayan məhsulları qoşmayın.
CİHAZINIZI QURU SAXLAYIN
Cihazınız suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.

EŞİTMƏ QABİLİYYƏTİNİZİ QORUYUN
Eşitmə qabiliyyətinizin zədələnməsinin qarşısını almaq üçün uzun müddət yüksək səs səviyyəsi

ilə qulaq asmayın. Səsucaldandan istifadə etdikdə cihazı qulağınıza yaxın tutarkən ehtiyatlı

olun.

© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

4