"Cəld paylaş" istifadə edərək məzmununuzu paylașın
"Cəld paylaş" ilə məzmununuzu paylașmaq həmișəkindən daha asandır.
1. Seçin Menyu > Parametrlər > Qoş. qabiliyyəti > Bluetooth > Yandır.
2. Telefonunuzu digərlərinin görməsi üçün Tel-nun görsənməsi > Həmişə görsənsin seçin.
3. Məsələn, paylașmaq üçün șəkli və Seçimlər > Paylaş > Cəld paylaş seçin.
4. Telefonunuzu digər telefona yaxın tutun.
"Cəld paylaş" ən yaxınlıqdakı telefonu axtarır və elementi ona göndərir.
Gizli rejimdə telefonun istifadəsi zərərli proqramlardan mühafizə olunmaq üçün ən etibarlı üsuldur.
Etibar etmədiyiniz mənbələrdən Bluetooth əlaqəsini qəbul etməyin. İstifadə etmədikdə Bluetooth
funksiyasını qeyri-aktiv edə bilərsiniz.