Telefonunuzun proqram təminatını yeniləmək
Telefonun proqram təminatıını simsiz yeniləyə bilərsiniz. Siz telefonunuzu həmçinin yeniləmələri
avtomatik yoxlanılması üçün qura bilərsiniz.
1. Seçin: Menyu > Parametrlər > Telefon > Cihaz yeniləmələri.
2. Yeniləmənin olduğuna baxmaq və onu yükləmək üçün Tel-n proqr-nı yüklə seçin.
Yeniləmə bir neçə dəqiqə çəkə bilər. Əgər problemlər olursa, şəbəkə təminatçınızla əlaqə saxlayın.
Yeniləmədən sonra yeni istifadəçi təlimatları üçün www.nokia.com/support ünvanına daxil olun.
Şəbəkə xidməti təminatçınız yeniləmələri birbaşa hava üzərində telefonunuza göndərə bilər. Bu
şəbəkə xidməti haqqında əlavə məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.
Xidmətlərdən istifadə və ya məzmunun yüklənməsi, o cümlədən pulsuz elementlər məlumat xərcləri
ilə nəticələnə bilən böyük həcmdə məlumatların ötürülməsinə səbəb ola bilər.
Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu olduğuna əmin
olun.
Xəbərdarlıq: Proqram yeniləməsini quraşdırsanız, quraşdırma prosesi bitənə və cihaz yenidən
işə düşənə qədər cihazdan istifadə etmək və hətta təcili yardım zənglərini də etmək mümkün
olmayacaq.